Nüzul Sırasına Görə Nəcm Nəcm Quranın Azərbaycanca Meali Nüzul Sırasına Görə Nəcm Nəcm Quranın Azərbaycanca Meali

Nüzul Sırasına Görə Nəcm Nəcm Quranın Azərbaycanca Meali

Publisher Description

Quranı ǝrǝbcǝ ǝslindǝn oxuyub anlamaq vǝ anladıqlarımı türkcǝ anlatmaq mǝqsǝdi ilǝ hazırladığım bu ǝsǝrdǝ şeytani-rǝcimdǝn; onun tǝlqinlǝrindǝn, azdırmalarından vǝ vǝsvǝsǝlǝrindǝn Allaha sığınıram. 

Lazımi kimi tǝriflǝyǝ bilmǝsǝk dǝ, idrak edǝ bildiyimiz vǝ ağlımızın imkan verdiyi ölçüdǝ bütün tǝriflǝrin alǝmlǝrin Rǝbbinǝ mǝxsus olduğunu tǝsdiqlǝyir, xüsusǝn dǝ bu aciz, fǝqir vǝ hǝqir qula Quranı türk dilindǝ oxucuya ǝrz etmǝk nemǝtini vǝ xidmǝtini bǝxş etdiyi üçün Ona sonsuz tǝriflǝrimi tǝqdim edirǝm. 

Uca Rǝbbimizdǝn, Peyğǝmbǝri Mǝhǝmmǝd ǝleyhissalamı, onun yaxınlarını vǝ dostlarını dǝstǝklǝyib hifz etdiyi kimi, bizimlǝ birgǝ Allahın dininǝ xidmǝt edǝnlǝrin hamısını qorumasını, hifz etmǝsini vǝ dǝstǝklǝmǝsini niyaz edirǝm. 

Rǝbbimizin mesajlarını saf halda tǝsbit edǝrǝk bǝşǝriyyǝtǝ tǝqdim etmǝyǝ çalışdığım bu ǝsǝrdǝ, Allahın rizasını qazanmaqdan başqa heç bir mǝqsǝd güdmǝmişǝm. Acizliyimiz vǝ idrakımızın mǝhdudluğu sǝbǝbindǝn, şübhǝsiz ki, ǝskiklǝrimiz olmuşdur. Ancaq Rǝbbim şahiddir ki, bilǝ-bilǝ heç bir sǝhvǝ yol verilmǝmişdir. Buna görǝ, Uca Rǝbbimizin mǝni ǝfv edǝcǝyini ümid edirǝm. 

Burada tǝqdim edilǝn meal, qǝdim ǝrǝb dili [lüğǝti, qrammatikası, ǝdǝbiyyatı] ilǝ birlikdǝ Quranın bütövlüyü nǝzǝrǝ alınaraq, çox hǝssaslıqla aparılan tǝhlillǝrin nǝticǝsidir. Meydana çıxardığımız mǝnaların sübutları, mǝnbǝlǝri vǝ sǝbǝblǝri “Tǝbyinül-Quran” adlı ǝsǝrimizdǝ mövcuddur. Ətraflı mǝlumat ǝldǝ etmǝk, yoxlamaq vǝ tutuşdurmaq istǝyǝn oxucularımız, 8 cilddǝ nǝşr edilǝn “Tǝbyinül-Quran”dan vǝ yaxud internet saytımızdan bunları görǝ bilǝrlǝr.


İnternet Sayt:
www.istekuran.net
www.istekuran.com
www.quranveislam.com

GENRE
Religion & Spirituality
RELEASED
2018
March 25
LANGUAGE
TR
Turkish
LENGTH
639
Pages
PUBLISHER
Hakkı Yılmaz
SELLER
Hakki Yilmaz
SIZE
37.3
MB

More Books by Hakki Yilmaz

Nüzul Sırasına Göre Necm Necm Kur'an'ın Türkçe Meali Nüzul Sırasına Göre Necm Necm Kur'an'ın Türkçe Meali
2019
The Division By Division English Interpretation of THE QUR’AN in The Order of Revelation The Division By Division English Interpretation of THE QUR’AN in The Order of Revelation
2019
ARTICLES ABOUT THE RELIGION OF ISLAM ARTICLES ABOUT THE RELIGION OF ISLAM
2018
The Noble Qur'an The Noble Qur'an
2015
NAĞM PER NAĞM - NACH VERSGRUPPEN - NAĞM PER NAĞM - NACH VERSGRUPPEN -
2022
NEDERLANDSE VERTALING  VAN DE QUR'ĀN NEDERLANDSE VERTALING  VAN DE QUR'ĀN
2023