The Dark Catman
-
- $5.99
-
- $5.99
Publisher Description
Bəşəriyyətin taleyi heyvan instinktləri ilə insan vicdanının sərhədində həll olunur!
İnsanlıq əsrlər boyu özünü təbiətin tək sahibi və hökmdarı zənn etdi. Lakin şəhərləri bürüyən ölümcül viruslar, meqapolislərdə kütləvi qırğınlar və qaranlıq laboratoriyalarda bəşəriyyətin məhvi üçün cızılan məkrli planlar bir həqiqəti oyadır: insan təbiətin sahibi deyil, yalnız onun kiçik bir parçasıdır.
Valideynlərini və tək sirdaşı olan pişiyi Holyni itirən Tom həyatın ən dib nöqtəsində tənhalıqla boğuşurdu. Lakin genlərində baş qaldıran dəhşətli mutasiya onu sadəcə dəyişmədi; onu kölgələrin içindən vuruşan qaranlıq bir qoruyucuya – The Dark Catman-ə çevirdi.
Bakının soyuq küçələrindən İstanbulun sirli yeraltı məbədlərinə, Londonun dumanlı körpülərindən Afrikanın qaranlıq mədənlərinə qədər uzanan nəfəs kəsən qlobal bir mübarizə...
Qisas alovu ilə yanan mutant Ratman, küçələri qana bulayan vəhşi Dogman, sirli Lilit və qlobal elitaya qarşı dirənən GNG təşkilatı... Zəncirlərini həm amansız silaha, həm də daxili vicdanına çevirən Catman təkcə qatillərlə deyil, həm də öz içindəki qaranlıqla üzləşməlidir.
Bir insanı canavara çevirən onun öz seçimidir, yoxsa cəmiyyətin ona yaşatdıqları?
"The Dark Catman" — "Humanimals" kainatının ilk qapısıdır. Səhifələri çevirin və kölgələrin yüksəlişinə şahid olun!